Suriyanın şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Ednews Skynews Arabia-a istinadən xəbər verir ki, helikopter qəzası nəticəsində 22 ABŞ hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
ABŞ Mərkəzi Komandanlığı bu barədə məlumatı tvitter hesabında açıqlayıb.
Bildirilib ki, qəza nəticəsində yaralananlardan 10-u mərkəzi komandanlıq zonasından hərbi hospitala təxliyə edilib.
Qəzanın səbəbləri araşdırılır.
Törə Zeynal