Donald Tramp milli təhlükəsizlik sənədlərini düzgün idarə etməməkdə ittiham olunub.
Ednews BBC-ə istinadən xəbər verir ki, o, məhkəmə qarşısına çıxmazdan əvvəl Florida ştatının Mayami şəhərinə gedib.
ABŞ-ın keçmiş prezidenti Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan Mayami yaxınlığındakı Tramp Doral kurortuna səfər edib. Tramp nüvə sirləri ilə bağlı bəzi məlumatlar da daxil olmaqla, məxfi məlumatları qeyri-qanuni saxlamaqda onlarla ittihamla üzləşir.
Bu il ikinci dəfədir ki, o, cinayətdə ittiham olunur. 2024-cü ildə Ağ Evə qayıtmaq üçün kampaniya aparan Tramp keçmiş ABŞ prezidentinə qarşı ilk federal cinayət təqibi ilə üzləşdiyi üçün qanun pozuntusunu rədd edib.
Aysel Şahmar