Yevgeni Priqojinin muzdluları artıq Rusiyanın Voronej vilayətinə daxil olublar.
Ednews xəbər verir ki, bu barədə "Reuters" agentliyi Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirib.
“Vaqner” teleqram kanalında məlumat verilib ki, "Vaqner" muzdluları Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürüb.
Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi ofisinə yaxın mənbə BBC-yə təsdiqləyib. "Voronejdəki bütün əsas obyektlər də nəzarətə götürülüb, hər şey Rostovdakı kimidir", - mənbə deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.