Türkiyə Küveyt ilə TB2 Bayraktar SİHA ixrac müqaviləsi imzalayıb.
Ednews “Haber Türk”ə istinadən xəbər verir ki, 367 milyon dollar dəyərində olan sövdələşmə dünyanın aparıcı müdafiə və kəşfiyyat mediasında böyük təsir bağışlayıb. Qlobal mediada TB2 üçün “müasir dövrdə hava müharibələrinin istiqamətini dəyişdirdi” ifadəsi işlədilir.
Defence News, The Defence Post və Defence Industry Daily, Türkiyədən Küveytə 367 milyon dollarlıq TB2 Bayraktar SİHA (Silahlı İnsansız Döyüş Vasitəsi) satış müqaviləsinə geniş yer verib. The Defence Post qəzetində dərc olunan “Küveyt Türkiyə istehsalı olan Bayraktar SİHA-ları 367 milyon dollara alır” başlıqlı xəbərdə “Ukrayna-Rusiya müharibəsində Rus döyüş maşınlarına qarşı göstərdiyi üstün müvəffəqiyyət Küveyti Bayraktar SİHA'ları almağa vadar etdi” ifadəsi işlədilib. Nəşrə açıqlama verən Küveyt Hərbi Hava Qüvvələri komandanı Fəhad Əl-Dosari SİHA-ların dəniz və quru sərhədlərində təhlükəsizlik müşahidə missiyalarında, kəşfiyyat və zərbə hərbi əməliyyatlarında, həmçinin axtarış-xilasetmə missiyalarında istifadə ediləcəyini bildirib.
Aysel Şahmar