“Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu görünmür”.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
O bildirib ki, sülh üçün yol açılmalıdır və bütün imkanlardan istifadə edilməlidir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.