“Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu “Vaqner” özəl hərbi şirkətinin 21 minə yaxın muzdlusu məhv edilib”.
Ednews xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, döyüşlər zamanı “Vaqner”in ən güclü bölmələri sıradan çıxarılıb:
“Əlbəttə, onların hücum etməkdən başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi”.
V. Zelenskinin sözlərinə görə, döyüşlər zamanı 80 minə yaxın “Vaqner”çi yaralanıb.
Ukrayna lideri vurğulayıb ki Belarusa yerləşən “Vaqner”çilər oradan yeni təhdid yarada bilərlər.