İtaliya hökuməti Rusiya və Belarus vətəndaşlaırnın təxminən 2 milyard avro məbləğində hesablarını, daşınar və daşınmaz əmlakını və digər aktivlərini dondurub.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın Maliyyə İnformasiyaları İdarəsinin rəhbəri Enzo Serata bildirib.
Onun sözlərinə görə, 170 maliyyə müqaviləsi dayandırılıb.
Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders isə Ukraynada müharibə başlayandan sonra Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləğinin 207 milyard avro təşkil etdiyini deyib:
"Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynanın bərpasına xərclənəcək".