Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili Tbilisiyə yollanır.
Ednews Gürcüstanın "İnterpressnews" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı respublikanın Xarici İşlər Nazirliyi yayıb.
Onun ölkəni tərk etməsi ilə bağlı əmri Ukrayna hakimiyyəti verib.
Qeyd edək ki, iki ölkə arasındakı qalmaqal Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı olub. Rəsmi Kiyev onun xaricdə müalicə edilməsinin vacibliyini bldirib.
Tbilisi isə buna sərt reaksiya verib və Saakaşvilinin sonadək həbs müddətini başa vuracağını deyib.
Xatırladaq ki, diplomatın Gürcüstana nə vaxt gələcəyi hələlik məlum deyil.