Azərbaycanlı fanatı Sezen Aksunun evinə hücum etdi.
Türkiyənin məşhur müğənnisi Sezen Aksunun dənizkənarı villasında dəhşətli anlar yaşanıb.
Ednews Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir qadın villaya daxil olaraq təhlükəsizlik xidmətinin işçilərinə hücum edib.
Qadının müğənnini ölümlə təhdid etdiyi deyilir. Sezen Aksu eyni qadının indiyə kimi 4 dəfə evinə girməyə çalışdığını bildirib.
Hücum edən şəxsin müğənninin Azərbaycan əsilli 47 yaşlı pərəstişkarı olduğu qeyd edilib.
Qeyd edilib ki, türkiyəli müğənni Sezen Aksu bu əməllərinə görə azərbaycanlı pərəstişkarını məhkəməyə verib və hədə-qorxu faktı ilə bağlı cinayət işi başlanıb.
Azərbaycan vətəndaşını (polis onun adının yalnız baş hərflərini verir - L.M) 1 ildən 4 ilə qədər həbs cəzası gözləyir.