Rusiya Liberal Demokrat Partiyasının keçmiş rəhbəri Vladimir Jirinovskinin xatirəsi əbədiləşdirilib.
Ednews “Vesti.ru”ya istinadla xəbər verir ki, siyasətçinin adını daşıyan “Boeing 737” təyyarəsi Rusiya Hava Yollarının istismarına daxil olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiya siyasətinin xatirəsini əbədiləşdirmək təklifi ilə “Aeroflot”a müraciət edib.
Aviaşirkət isə bu təklifə müsbət cavab verib və təyyarələrdən birinə Jirinovsikinin adı verilib.