Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisinə başlayıb. Onun tikintisi bir neçə il əvvəl razılaşdırılıb.
Ednews xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin bildirib.
"Bu gün bu zavod tikilməyə başlayır, biz real addımlara keçmişik", - nazir bildirib.
Onun sözlərinə görə, bu, bir neçə il əvvəl razılaşdırılıb, lakin sonradan “fasilələr, qalmaqallar” yaranıb.
"Zavod təkcə memorandumda deyil, praktikada tikilməyə başladı", - Kamışin əlavə edib.