Usta sənətçi Özkan Uğur bu gün son mənzilə yola salındı.
Ednews türk mətbuatına istinadən xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan vida mərasimində bir çox məşhurlar iştirak edib.
Mərasim başlamazdan əvvəl Uğurun tabutu səhnəyə gətirilib. Ustadın sənət həyatı boyu yol yoldaşı olan gitara tabutunun yanına qoyulub. Mərasimə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Mazhar Alanson, Fuat Güner, Zəfər Alagöz, Yılmaz Ərdoğan, Ozan Güven, Cem Yılmaz və bir çox başqa sənətçilər iştirak edib.
Qeyd edək ki, 69 yaşında vəfat edən Ö.Uğur uzun müddət xərçənglə mübarizə aparırdı.
Aynurə İsmayıl