Türkiyənin tanınmış jurnalisti Fulya Öztürk Həcc ziyarətinə yollanıb.
Ednews xəbər verir ki, O, bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
Məkkə şəhərindən görüntülərini paylaşan Öztürk Kəbə evinin qarşısında çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.
Fulya paylaşımına “Allah mənə də nəsib etdi... Sübh namazını qılmaqla ümrəmi tamamladım. Sübh namazında tamam başqa ab-hava var idi... Allah hamıya qismət eləsin!” şərhini yazıb.
Aynurə İsmayıl