Xəbər verdiyimiz kimi, Türkiyədə yanacağa görə xüsusi istehlak vergisi artırılıb.
Ednews-un əldə etdiyi məlumata görə, Türkiyənin Bursa şəhərində "İyi" partiyasının millət vəkilləri bahalaşma ilə əlqədar bir araya gəliblər. Onlar kəskin şəkildə artan qiymət artımına etiraz ediblər.
Etirazlardan sonra içi boş benzin bidonlarını "AK" partiyasının binasına yerləşdirmək istəsələr də polislə qarşıdurma yaşayıblar.
Qeyd edək ki, Aİ-95 (premium) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği ümumilikdə 7,52 lirə(0,49 AZN), Aİ-98 (super) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği isə ümumilikdə 7,99 lirə(0,52 AZN) olacaq.