Belçika xalqının 57 faizi krallığın ölkədə davam etdirilməsinin tərəfdarıdır.
Ednews xarici mediaya istinadən xəbər verir ki, parlament konstitusiya monarxiyası ilə idarə olunan Belçikada Le Soir, HLN, RTL və VTM media qurumları üçün keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti kralın başçılıq etdiyi monarxiyanın davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Federal quruluşa malik Belçikada monarxiya tərəfdarlarının daha çox fransızca danışan Valon bölgəsi və paytaxt Brüssel bölgəsində olduğu görülüb. Hər iki bölgədə əhalinin 63 faizi monarxiyanın davam etdirilməsini istədiyini bildirib.
Flamand bölgəsində monarxiyanın tərəfdarı olanların nisbəti yüzdə 52 olaraq qeydə alınıb.
Oğuz