Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya dəstəyi, o cümlədən dörd il ərzində silah, sursat və digər hərbi yardımlara 20 milyard avro xərcləmə planını müzakirə etmək üçün bir araya gəlib.
Aİ-nin xarici siyasət komissarı Josep Borrell Brüsseldə keçirilən görüşdə deyib: “Ukraynaya uzunmüddətli dəstəyi necə davam etdirəcəyimizi müzakirə edəcəyik. Mən növbəti illərdə Ukraynaya maliyyə dəstəyini təmin etmək üçün plan təqdim etdim hansı ki, bu da kifayət qədər mühüm məbləğdə olacaq. Ümid edirəm ki, nazirlər bunu dəstəkləyəcəklər”, o, jurnalistlərə bildirib.
Keçən həftə NATO-nun sammiti ərəfəsində Böyük Yeddilik Qrupunun (G7) üzvləri tərəfindən elan edildiyi kimi, bu addım Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti vermək üçün beynəlxalq cəhdin bir hissəsi olacaq
Əkbər