Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, Misir bir müddət əvvəl Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edib.
Xatırladaq ki, 2013-cü ildə Misirin Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.