Oslo hava limanında günəş eynəyini oğurladığını etiraf edən Qırmızı Partiyasının sədri Björnar Moxnes istefa verdiyini açıqlayıb.
Ednews xəbər verir ki, bu gün verdiyi açıqlamasında Moxnes oğurluq etdiyini etiraf edib.
"Bir çox insanlar məndən necə belə axmaq bir şey edə biləcəyimi soruşur. Mən bunu son bir neçə həftə ərzində özümə təkrar-təkrar sual vermişəm. Ancaq cavab olaraq ağlabatan izahım yoxdur",- deyə o, sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Moxnes Oslo hava limanında butiklərdən birində gün eynəyi oğurlayarkən cinayət başında yaxalanıb. 41 yaşlı siyasətçi mağazadan 1199 Norveç kronu (200 manata yaxın) dəyərində “Hugo Boss” eynəyi oğurlayıb.
Aynurə İsmayıl