Rusiya qırıcısı Suriya səmasında ABŞ pilotsuz uçan aparatının bir neçə metrliyində uçaraq ona atəş açıb. Ednews “AP” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun rəsmi açıqlamasında bildirilib.
Hərbi Hava Qüvvələrinin komandiri bu addımın rusların MQ-9 Reaper pilotsuz təyyarəsini göydən yerə endirmək cəhdi olduğunu və Rusiya qırıcısının bölgədə ekipajı daşıyan ABŞ müşahidə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşaraq, dörd amerikalı ekipaj üzvünün həyatını təhlükəyə atmasından cəmi bir həftə sonra baş verdiyini bildirib.
ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi rəhbəri general-leytenant Aleks Qrinkeviç məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Rusiya xəbərdarlıq atəşlərindən biri ABŞ-ın MQ-9 təyyarəsini vuraraq onun pərvanəsinə ciddi ziyan vurub.
“Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribatsız və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”.
Qrinkeviç, pilotsuz təyyarəni uzaqdan idarə edən ekipaj üzvlərindən birinin onu havada saxladığını və yenidən öz bazasına uçduğunu söyləyib.
Əkbər Şəbəndəyev