İyulun 31-də səhər Rusiya hərbçiləri Xersonu atəşə tutub. Şəhərin mərkəzi hissəsi hücuma məruz qalıb.
Ednews xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Xerson vilayət hərbi idarəsinin rəisi Aleksandr Prokudinin sözlərinə görə, səhər saat 8:20 radələrində Xersonun mərkəzi hissəsi "Qrad" qurğularından atəşə tutulub.
Prokudin qeyd edib ki, şəhərin kommunal xidmətinin 60 yaşlı əməkdaşı mərmidən həyatını itirib.
Xerson vilayət prokurorluğu kommunal xidmətin iki əməkdaşının da (traktorçu və fəhlə) yaralandığını bildirib.