Türk əsilli amerikalı rəssam, sənət dahisi Refik Anadolun möhtəşəm əsəri Nyu-Yorkda Müasir İncəsənət Muzeyinə gələnlərin qəlbini fəth edib. Onun süni intellektdən istifadə edərək memarlıq və elmin heyrətamiz birləşməsindən ibarət olan son işi vizual effektləri və məna dərinliyi ilə heyran edib.
Ednews-un verdiyi məlumata əsasən, Unsupervised, əsərin adlandığı kimi, müasir incəsənətin qabaqcıl texnologiya ilə necə qarşılıqlı əlaqədə ola biləcəyinin bariz nümunəsidir.
Rəssam xüsusi süni intellekt alqoritmlərindən istifadə edərək tamaşaçılar üçün unikal təcrübə yaradıb, onları vizual simfoniyaların və mücərrəd formaların heyrətamiz dünyasına qərq edib.
Nyu-York Müasir İncəsənət Muzeyində Refik Anadolun əsərlərindən ibarət sərgi tamaşaçılara təkcə müasir süni texnologiyaları deyil, həm də insan təxəyyülünün sonsuz imkanlarını nümayiş etdirən yaradıcılıq dünyasına qərq olmaq üçün unikal imkan yaradır.
Nurlana Hacıyeva