Məşhur Hollivud ulduzu Amanda Bayns yenidən psixoloji dispanserə yerləşdirilib.
Ednews xəbər verir ki, 37 yaşlı aktrisa Orinc qraflığında yerləşən klinikada müalicə alır.
O, mütəmadi olaraq həkimlərin nəzarətində olacaq və digər pasiyentlərlə də ünsiyyət qura biləcək.
Amanda 2010-cu illərdən psixi problemlərlə mübarizə aparmağa başlayıb. Psixi sıxıntı ilə mübarizə aparan aktrisa həmdə da narkotik bataqlığına düşüb. Bu hadisələrdən sonra aktrisa aktyorluğa ara vermək və könüllü müalicə olunmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, Aktrisa martın sonunda Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunub. Daha sonra o, yenidən xəstəxanaya yerləşdirilib.
Aynurə İsmayıl