Fransa Nigerdəki hərbi çevrilişdən və anti-Paris nümayişlərindən bir neçə gün sonra minlərlə etirazçı paytaxt Niameydəki Faransa səfirliyinə basqın etməyə cəhd edib. Nəticədə Fransa öz vətəndaşlarını Nigerdən təxliyə etməyə başlayıb.
Ednews xarici mediyaya istinadən xəbər verir ki, hazırda Nigerdə təxminən 500-600 Fransa vətəndaşı yaşayır. Bu çevriliş Fransa üçün sıradan bir hadisə deyil, çünki hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Bazoum radikal islamçılara qarşı müharibədə Fransa üçün güclü müttəfiq, güclü iqtisadi tərəfdaş olub.
Prezident Bazoum iyulun 26-da, hərbi çevriliş nəticəsində devrilib.
Qeyd edək ki, bu çevriliş son illərdə Afrikada hayata keçirilən üçüncü hərbi çevrilişdir.
Nigerdəki çevrilişdən sonra liderlər Fransanı ölkələrinə "hərbi müdaxilə" etməkdə günahlandırılıblar. Lakin Fransa bu iddiaları kəskin şəkildə rədd edir.
Niger əhalisinin təxminən 1,5%-ni təşkil edən ərəb azlığından olan prezident Bazoum 2021-ci ildə Nigerdə keçrirlən ilk dinc yolla seçkilərdə qalib gələrək prezident olub. Bazoum ölkəni idarə edən ilk ərəb president olub
.
Niger enerji resursları ilə zəngin ölkədir, çünki dünyanın ən böyük uran ehtiyatlarına sahibdir həmçinin böyük miqdarda qızıl və neft ehtiyatları və yüksək keyfiyyətli kömür ehtiyatları ilə zəngindir
.
Xatırladaq ki, Fransa XIX əsrin sonlarında Nigerin bəzi bölgələrini ələ keçirdi və 1960-cı ildə Niger müstəqil ölkə olmuşdur.
Loğman Yunis