Litva Vaqner qrupunun Belarusa hərəkəti ilə əlaqədar dövlət sərhədinin mühafizəsini gücləndirib.
Ednews RİA Novosti-yə istinadən xəbər verir ki, bunu respublika prezidenti Qitanas Nauseda deyib.
“Vaqner üsyanı başlayan və Belarusda “Vaqner” hərbçilərinin yerləşdirilməsi planlarının olduğu məlum olan kimi biz dərhal sərhədimizin mühafizəsini gücləndirdik, onu əhatə etmək üçün yeni planlar hazırladıq”, - deyə dövlət başçısı bildirib.
O izah edib ki, sərhədləri əhatə etmək üçün çevik əməkdaşlıq və Litva ordusu, eləcə də kəşfiyyat qüvvələrinin gücləndirilməsi nəzərdə tutulur.
Nurlana