Cənubi Koreyanın Seongnam şəhərində faciəli hadisə baş verib. Belə ki, naməlum şəxs avtomobildən düşərək piyadalara bıçaqla hücum edib.
Ednews xəbər verir ki, son məlumatlara görə, azı 13 nəfər xəsarət alıb. Hadisə bir neçə saat əvvəl Seul yaxınlığındakı ticarət mərkəzində baş verib.
Polis dərhal reaksiya verib və ticarət mərkəzini mühasirəyə alıb. Zərərçəkənlərə lazımi köməklik göstərmək üçün dərhal hadisə yerinə həkimlər gəlib. Hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı gənc hadisə yerində yaxalanıb.
Hazırda onun kimliyi və motivləri məlum deyil. Hakimiyyət hadisəni terror aktı hesab edir və bu dəhşətli hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır.