Həbib Nurməhəmmədov məşqçilik karyerasını sona verib.
Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədov məşqçilikdən ayrılıb.
Ednews Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
"O, məşqçilik və idman karyerasını başa vurdu, heç nə bunu dəyişə bilməz", - deyə açıqlama da qeyd olunub.
Agentliyin mənbəsi əlavə edib ki, Nurməhəmmədova müntəzəm olaraq həm məşqçi kimi işləmək, həm də idmana qayıtmaq təklifləri gəlir.
Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.
Nurlana