Apple ilk dəfə olaraq 2 terabayt daxili yaddaşa malik smartfon istehsal edəcək.
Ednews-un verdiyi məlumata görə, bu barədə MacRumors məlumat yayıb.
Məlumata görə, iPhone 15 Pro və 15 Pro Max rekord həcmdə 2 terabayt yaddaşla satışa çıxarılacaq. Müqayisə üçün qeyd edək ki, iPhone 14 Pro və 14 Pro Max-ı 1 terabayt yaddaşı olan versiyada almaq olar.
Həmçinin MacRumors-un müəllifləri Weibo-da insayderlərdən birinin yeni premium Apple smartfonlarının minimum 256 giqabayt daxili yaddaşa malik olacağını bildirən hesabatına diqqət çəkiblər. Belə ki, iPhone 15 Pro və 15 Pro Max modelləri 256 və 512 giqabayt, həmçinin 1 və 2 terabaytlıq versiyalarda satışa çıxarılacaq.
Mütəxəssislər təklif ediblər ki, digər məsələlərlə yanaşı, yaddaş tutumunun artması səbəbindən “Apple” öz qurğularının qiymətlərini qaldırmağa məcbur olacaq.
“Nəzərinizə çatdıraq ki, keçən ilki iPhone 14 Pro modellərinin də 2 terabayt yaddaşa sahib olması barədə şayiələr yayılmışdı, lakin bu baş vermədi”, - deyə, jurnalistlər qeyd ediblər.
Nurlana