Xüsusi olaraq “İOS” üçün “WhatsApp” yeni funksiya təqdim edir. Onun köməyi ilə iPhone sahibləri artıq göndərilmiş media fayllarının təsvir mətnini redaktə edə biləcəklər.
Ednews-un verdiyi məlumata görə, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Yeni funksiya sayəsində messenger istifadəçiləri foto və videoların təsvirini göndərdikdən sonra 15 dəqiqə ərzində dəyişə biləcəklər.
Bildirilir ki, o, yaxın həftələrdə iOS cihazlarının bütün sahibləri üçün tam olaraq əlçatan olacaq.
WABetaInfo ekspertlərinin qeyd etdiyi kimi, göndərilən mesajları redaktə edə biləcəyiniz funksiya əvvəllər WhatsApp-da işləyirdi. Bununla belə, istifadəçilər yalnız mətn mesajlarında dəyişiklik edə bilərdilər. Fotolar və videolar üçün təsvirləri düzəltmək mümkün deyildi.
Nurlana