Fələstin polisi naməlum şəxslərin Ramallah şəhərinin qərbində, Nilin qəsəbəsində bank filialına silahlı hücum nəticəsində külli miqdarda pul oğurladığını açıqlayıb.
Ednews Fələstinin Xəbər Agentliyinə istinadən bildirir ki, hadisə yerində polis və təhlükəsizlik xidmət nümayyəndələri araşdırma aparıb.
Aparılan araşdırmalara görə dörd silahlı şəxs banka hücum edib, nəticədə 4000 dinar, 6000 dollar və 42.000 İsrail şekeli oğurlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, ötən aprel ayında Fələstinin Nablus şəhərinədə eyni hadisə yaşanıb.
Loğman Yunis