Çərşənbə günü, avqustun 9-da Krımda partlayışlar olub. Sakinlər səsləri yarımadanın şimalındakı Cankoy rayonunda eşidiblər.
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, partlayışlardan sonra səmada Rusiya helikopterləri görünüb.
Rus hərbçiləri yenidən Krım körpüsünün qarşısını kəsiblər və bütün maşınların hərəkəti dayandırılıb. Ərazidə həyəcan siqnalının verildiyi barədə də informasiyalar yayılıb.