Barselonalı müğənni Şakiranın eks-sevgilisi, Jerar Pike sevgilisi ilə görüntülənib.
Ednews xəbər verir ki, il boyu mediada Pikenin gənc xanımla eşq yaşadığı yazılsa da, onlar ictimaiyyətə bir, ya da iki dəfə görüntüləniblər.
Bu günlərdə isə futbolçunun Klara Çia Martidən ayrılmaq ərəfəsində olması barədə şayiələr yayılıb. Pike isə dedi-qodulara son qoymaq üçün sevgilisi ilə gəzintiyə çıxaraq, insanlar arasında görünüb.
Qeyd edək ki, ötən gün fotoqraflar Barselonanın düz mərkəzindəki restorana gedərkən sevgililəri görüntüləyib. Əl-ələ tutan Pike və Klara obyektivlərə gülərək poz da veriblər.
Aynurə İsmayıl