Rusiya Federasiyasının Dağıstan Respublikasında Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar matəm elan olunub.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov fərman imzalayıb.
Fərmana əsasən bu gün Dağıstanda matəm elan edilib.
Qeyd edək ki, ölənlərin sayının 35 nəfərə çatdığı, 105-nin isə yaralandığı bildirilib.