Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar açıqlamasında Ukrayna prezidenti Zelenskinin 9-10 sentyabr tarixlərində Nyu Dehlidə keçiriləcək G20 sammitinə dəvət olunmadığını açıqlayıb.
Ednews xəbər verir ki, buna səbəb kimi siyasi liderlərin sammitdə münaqişə həllini deyil, iqtisadi artım və inkişaf barədə müzakirə edəcəkləri göstərilib.
“Bu, enerji, gübrə və ərzaq təhlükəsizliyi məsələlərinin müzakirə olunacağı sammitdir. Biz BMT Təhlükəsizlik Şurası deyilik”,- deyə Çayşankar bildirib.
Nurlana