ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatının 2020-ci il seçkilərinə mane olmaqda ona qarşı irəli sürdüyü ittihamları boynuna almayıb.
Ednews CNN-nə istinadən xəbər verir ki, o, "bununla mən sərbəst və könüllü olaraq ittiham aktı üzrə məhkəmədə iştirak etmək hüququmdan imtina edirəm", - deyə bildirib.
"İmzamla sübuta yetirildiyi kimi, bununla da rəsmi ittihamdan imtina edirəm və bu işdə ittiham aktına görə təqsirsiz olduğumu etiraf edirəm”, - deyə Trampın imzaladığı məhkəmə ərizəsində qeyd olunub.
Keçən həftə Tramp Corciya ştatındakı Fulton həbsxanasında saxlandıqdan sonra sərbəst buraxılıb. O, "səhv heç nə etmədiyini" və "ədalətsiz" hesab etdiyi seçkilərə "mübahisə etmək hüququna malik olduğunu" təkid edib.
Ülviyyə