"Wall Street Journal"ının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu Birləşmiş Ştatların prezidenti Co Baydenin işini idarə etmə tərzini bəyənmir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Prezident haqqında müsbət fikirdə olub-olmadığını soruşduqda, sorğu iştirakçılarının yalnız 39%-i müsbət cavab verib, 42%-i onun işi necə idarə etməsini bəyəndiklərini, 57%-i isə "xeyr, bəyənmirik" cavabını verib.
Respondentlər ən çox Baydenin inflyasiya və artan xərclər, sərhədin təhlükəsizliyi ilə bağlı işindən narazı olduqlarını, 63% hər iki məsələni bəyənmədiklərini vurğulayıblar. Amerikalı seçicilər də əsasən Baydenin Çinlə münasibətini və Ukraynadakı müharibəni idarə etmələrini bəyənmirlər.
Yeni sorğu əvvəlki sorğuların nəticələrini bir daha təsdiqlədi ki, seçicilərin əksəriyyəti Baydenin ikinci müddətə namizəd olmaq üçün çox yaşlı olduğunu düşünür, 73%-i isə bu fikri elə bu cür də ifadə edib. Bu arada, sorğu iştirakçılarının yalnız 47%-i Baydenin sələfi və seçkidəki potensial rəqibi Donald Trampı prezident kürsüsü üçün çox yaşlı görür.
Ülviyyə