ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan keçirdiyi mətbuat konfransında vurğulayıb ki, əgər Şimali Koreya Rusiyanı Ukraynada istifadə etmək üçün silahla təmin etməyə çalışarsa, belə bir addım Pxenyana "yaxşı əks olunmayacaq".
Ednews xarici mediaya istinadən xəbər verir ki, “Onlar bunun əvəzini beynəlxalq ictimaiyyət qarşısında ödəyəcəklər” deyən Sullivan, Vaşinqtonun həmçinin “Şimali Koreyadan Rusiyaya gedən bir boru və ya silah mənbəyi kimi istifadə etmək cəhdlərini pozmağa çalışmaq üçün konkret məqsədyönlü sanksiyalar tətbiq etdiyini” vurğulayıb.
ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Pxenyandan Moskvaya silah verməyəcəyinə dair verdiyi vədlərə əməl etməsini “şəxsən, eləcə də açıq şəkildə” tələb etməyə davam edib.
Ülviyyə