ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasını ABŞ-da seçkilərin nəticələrinin saxtalaşdırılması ilə əlaqələndirib.
Ednews-un verdiyi məlumata görə, respublikaçı ilə müsahibəni amerikalı radio aparıcısı Hugh Hewitt yayımlayıb.
“Ukraynada baş verənlər çox üzücüdür. Əgər bizim seçkilərimiz saxtalaşdırılmasaydı, o (Rusiya Prezidenti Vladimir Putin) heç vaxt bunu etməzdi. Onlar saxtalaşdırılıb və oğurlanıb. Əgər bu seçki saxtalaşdırılmasaydı, mən prezident olsaydım, bu gün milyonlarla insan yaşayacaqdı”, - deyəTramp deyib.
Bundan əlavə, o, vurğulayib ki, prezidentliyi dövründə Putin və Çin prezidenti Si Cinpinlə yaxın olmasalar da, sıx əlaqə saxlayıb.
Nurlana