Ağ Evin mətbuat katibi Karine Jean-Pierre ABŞ-ın Ukraynaya göndərəcəyi yeni təhlükəsizlik yardım paketinə daha çox döyüş sursatı, artilleriya, M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS), FGM-148 Javelin, M1 Abrams tankları, hava hücumundan müdafiə sistemləri və s. müxtəlif silahların da daxil olduğunu deyib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında jurnalistlərə açıqlama verən Jean-Pierre, ABŞ-ın Ukraynaya dəstəyini bir daha təsdiqləyib, çünki o, "təxribatsız, əsassız Rusiya təcavüzünə məruz qalır". O vurğulayıb ki, bu, dövlət katibi Entoni Blinkenin münaqişənin baş verdiyi ölkəyə davam edən səfəri zamanı verdiyi mesajdır.
Jean-Pierre təkrar olaraq xatırlatma edib ki, ABŞ, müttəfiqləri və tərəfdaşları “hər zamankı kimi Ukrayna ilə birlikdə olacaqlar”. O, paketin pul dəyərini şərh etməkdən imtina edib və jurnalistləri Dövlət Departamentindən bu məlumatı istəmələri üçün istiqamət də verib.
Ülviyyə