Efiopiyada hökumət əleyhinə keçirilən nümayişlərin dağıdılması zamanı 100-ə yaxın insan həyatını itirib.
"Eurasia Diary" xəbər verir ki, bu barədə "Amnesty International" məlumat yayıb.
Məlumata görə, öldürülənlər arasında həm nümayişçilər, həm də etirazlarda iştirak etməyən sakinlər də var.
Nümayişlər zamanı öldürülənlər barədə rəsmi məlumat yoxdur.
Belə ki, hakimiyyət bildirir ki, Bahir Darda 7 adam həlak olub və təhlükəsizlik işçiləri etirazçıların zorakılığına cavab verirdi.
Qeyd edək ki, son aylar ərzində Efiopiyada görünməmiş etirazlar dalğası davam edib.
Oromo və Amhara ərazilərinin sakinləri siyasi və iqtisadi baxımdan təcrid olunmalarından şikayətçidir.