“Pakistanın beynəlxalq terrorizmdən birbaşa və dolayı maliyyə itkiləri təxminən 115 milyard dollar təşkil edib”.
Ednews-un məlumatına görə, nunu Rusiyanın Pakistandakı səfiri Danila Qaniç İslamabad Siyasi Araşdırmalar İnstitutunda (IPRI) keçirilən seminarda deyib.
Onun sözlərinə görə, Rusiya Pakistanın terrorla mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirir:
“Bilirik ki, terrordan ən çox təsirlənən ölkə Pakistandır. Məndə olan məlumatlara görə, terror fəaliyyəti nəticəsində 80 min insan həlak olub. Pakistanın iqtisadi itkiləri ilə bağlı müxtəlif hesablamalar var.
Lakin onlardan bəzilərinin fikrincə, 2001-ci ildə terrorizmə qarşı beynəlxalq müharibə başlayandan bəri Pakistan birbaşa və dolayısı ilə təxminən 115 milyard dollar itki verib”.