Türkiyənin Dənizli şəhərində keçirilən toyda xoruzun spirtli içki içməyə məcbur edildiyi bildirilib.
Ednews türk mediasına istinadən xəbər verir ki, polis hadisədə iştirak edən 5 nəfərə ümumilikdə 27 min lirə cərimə kəsildiyini açıqlayıb.
İl Jandarma Komandanlığından edilən yazılı açıqlamaya görə, əvvəlki gün keçirilən toy məclisində xoruza spirtli içki içməyə məcbur edilərək işgəncə edildiyi xəbəri üzərinə qruplar işə başlayıb.
Qruplar apardıqları araşdırma nəticəsində toyda çəkilən görüntüləri izləyərək 5 şübhəlini müəyyən ediblər. Heyvanların Mühafizəsi Qanununu pozan cinayətə görə müəyyən edilən şübhəlilərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.
Oğuz