Fransa və İtaliyanın daxili işlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində yazıb.
“Mən italiyalı həmkarım Matteo Pyantedozi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Avropa İttifaqının rəsmiləri ilə birgə əlaqə saxlamağa razılaşdıq”, - o vurğulayıb.