UEFA Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarına yaşıl işıq yandırıb.
Ednews euronews nəşrinə istinadən xəbər verir ki, digər futbol federasiyaları boykot etməyə çağırıb.
Çağırışa Britaniya və Polşa federasiyaları dəstək verib.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının yenidən Avropa yarışlarında iştirakına yaşıl işıq yandırmasından sonra Ukrayna Rusiya komandalarının iştirak etdiyi turnirlərdə iştirak etməyəcəyini açıqlayıb.
Ukrayna Futbol Federasiyası (UAF) UEFA-nı öz qərarına yenidən baxmağa, digər ölkələri isə Rusiya komandalarına qarşı oynamamağa çağırıb.
UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra bütün Rusiya komandalarının yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.
İngiltərə və Polşadan Ukraynaya dəstək
UEFA-nın qərarına reaksiya verən İngiltərə və Polşa Futbol Federasiyaları da Ukraynaya dəstək verib və komandalarının Rusiya ilə oynamayacağını açıqlayıb.
Bəyanatda deyilir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı hərbi əməliyyatlar zamanı Rusiya komandalarının yarışlara qayıtması əsassızdır.
Xəyal Ramiz