ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) sədri Cerom Pauel ölkənin hələ də koronavirus pandemiyasının digər yönündən keçdiyini söyləyib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya ştatının York şəhərində keçirilən dəyirmi masada iştirak edən Cerom Pauel qeyd edib ki, pandemiyadan sonra xüsusən də istehsal sahəsinə gəldikdə bir çox kiçik şəhərlər çətin anlar yaşayır. O, planlaşdırmanın həmin dövrdə çətinliklərin öhdəsindən gələn bizneslər üçün mühüm amil olduğunu vurğulayıb.
Pauel, ABŞ-ın pandemiya dövrü ilə müqayisədə indi çox güclü əmək bazarınasahib olduğunu da xüsusi olaraq qeyd edib.
Ülviyyə Şahin