Əl-Cəzirə telekanalının xüsusi müxbiri Osama Bin Cavid Qarabağda olub.
Ednews Əl-Cəzirə-yə istinadən xəbər verir ki, Əl-Cəzirənin xüsusi müxbiri Qarabağı hələ də tərk etməyən etnik ermənilərlə də həmsöhbət olub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Sürətli İnkişaf Qrupunun əməkdaşı Marko Succi Əl-Cəzirəyə şərhində bildirib ki, qışın gəlişinə görə elektrik və qaza ehtiyac var, bu nəzərə alınmalıdır:
“Əgər siz məndən təcili ehtiyaclar barədə soruşsanız, qışın gəlişinə görə elektrik və qazı nəzərə almalısınız. İndi kənarlara və digər bölgələrə gəlincə, biz onilliklər ərzində buradayıq və biz Azərbaycan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik, biz əslində onlarla həmişə əlaqə saxlamışıq.”
Qarabağı hələ də tərk etməyən erməni sakini isə Qarabağda hamı ilə birgə qalmağı düşünür:
“Mənim azərbaycanlı dostlarım var ki, getməməliyəm, mən burada qalıram”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də öz fikirlərini Əl-Cəzirə ilə bölüşüb:
“Bizim artıq Ermənistan nümayəndələri ilə bir neçə görüşümüz baş tutub. Biz hər zaman reinteqrasiya və birgə yaşamağın tərəfdarı olmuşuq. Azərbaycan və ermənilərin birgə yaşayışı keçən ərsdə də olub, indi də olması mümkündür”.
Ayxan Hacızadə onu da qeyd edib ki, təxminən 30 il bundan əvvəl bu bölgəni azərbaycanlılar məcburi olaraq tərk etdi.
“Hazırda Azərbaycan regionun yenidən qurulması üçün böyük kampaniyaya başlayıb və çoxlu layihələri icra edir. Qeyd etmək istərdim ki, Azərbaycanın Zəngilanda və Füzuli şəhərində iki beynəlxalq hava limanı da inşa edilib. Laçın Beynəlxalq Hava Limanının da binası var. Mina təhlükəsinin hələ də olmasına baxmayaraq hazırda regionda nəhəng layihələr həyata keçirilir”.
Ednews reportajı təqdim edir:
Ülviyyə Şahin