Böyük Britaniya Baş naziri Rishi Sunak gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.
Ednews xəbər verir ki, bu haqda Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransında danışıb.
Baş nazir çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun ölkə parlamentində səsverməyə çıxarılacağını qeyd edib.
Rishi Sunak bu məsələ ilə bağlı səsvermənin “sərbəst səsvermə” olacağını vurğulayıb:
“Bu qanun o deməkdir ki, siqaret heç vaxt qanuni olaraq 14 yaşlı bir gəncə satılmayacaq və onlar, onların nəsilləri siqaretsiz böyüyə bilər”.