Frana höküməti Nigerdə mövcud olan 1400 nəfərlik silahlı qüvvələrini ərazidən çıxarmağa başlayır.
Ednews "L'Opinion"nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa Baş Qərargahının sözçüsü bildirib.
Artıq regionda mövcud olan qüvvələrimizin bir qismini çıxarmağa başlamışıq.
Qeyd edək ki, bu barədə bəyanat bazar ertəsi qəbul edilib.
Xatırladaq ki, Nigerin hakim xunta generalları iyulun sonunda hakimiyyəti ələ keçirdikdən qısa müddət sonra 1400-ə yaxın fransız əsgərinin çıxarılmasını tələb etmişdilər.