Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung" şirkəti qazanc təxminini açıqlayıb.
Ednews CNN-ə istinadən bildirir ki, şirkətin mənfəətinin təxminən 2,4 trilyon Koreya vonu (1,8 milyard dollar) olacağını proqnozlaşdırılıb.
Bu rəqəm ötən il 10,85 trilyon von (8 milyard dollar) ilə müqayisə olunub. Gəlirlərin bir il əvvələ nisbətən 12,7% azalacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, zərər son aylarda qlobal iqtisadi qeyri-müəyyənliyin bütün dünya üzrə istehlakçılara ağırlıq gətirməsi və bir çox insanın mobil telefonlarını və noutbuklarını daha uzun müddət saxlamasına səbəb olduğu üçün yaranıb.
Bu böyük itkilər verdiyini bildirən elektronika istehsalçısı üçün ciddi bir gəlir boşluğu olub.
Bu maddi zərər Samsung şirkəti üçün pandemiyadan sonra baş verən ən böyük geriləmə olub.
Samsung, həmçinin səhmdarlara ilin ikinci yarısında qlobal tələbatın tədricən geri dönəcəyinin gözləndiyini bildirib.
Fərid