Böyük Britaniya ölkəyə gələn miqrantların sayının gələn il yarıya azaldılacağını bildirib.
Ednews The Guardina-a istinadən xəbər verir ki, Rişi Sunak 2022-ci ilin iyun ayına qədər miqrantların dəqiq sayının 606 000 olduğunu və bu rəqəmin keçən ilə nəzərən 24% çox olduğunu bildirib.
Baş Nazir növbəti il üçün bu rəqəmi iki dəfə azaltmaq iqtidarında və niyyətində olduğunu açıqlayıb.
Hökümətin açıqlamalarına görə ölkəyə köç edənlərin sayının artmasının əsas səbəbləri Ukrayna müharibəsi və Honq-Konqda həyata keçirilən xüsusi viza proqramı olub.
Fərid Axundov