Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qərarı 9 hakimdən 6-sı dəstəkləyib. Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək.
Qeyd edək ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib.
Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.